Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Hazırda oxunan: Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

625897

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.

Bizim.Media "Sportinfo"ya istinadən xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.

Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir.
 

Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.


UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.

Onlardan dörd nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO