Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Hazırda oxunan: Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

625975

Şotlandiyada azyaşlı qızını saç feni ilə həddindən artıq qızdıraraq ölümünə səbəb olan ana məhkəmə qarşısına çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb. 

Məhkəmə müttəhimlər kürsüsündə əyləşən Aberdin şəhər sakini, 28 yaşlı Kortni Qartşorun üçaylıq qızı Daliya-Rouza ağır bədən xəsarətləri yetirməkdə təqsirli bilindiyini müəyyən edib.

İstintaq sənədlərinə görə, 2023-cü ilin sentyabrında sərxoş vəziyyətdə olan qadın saç feni vasitəsilə körpənin bədənində ağır termiki yanıqlar əmələ gətirib.

Nəticədə ağır xəsarətlər alan körpənin həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra başlanan araşdırmalar çərçivəsində Qartşor 2023-cü ilin noyabrında həbs edilib.

Məhkəmə prosesində ekspertlər ölümün birbaşa səbəbi ilə bağlı fərqli rəylər versələr də, münsiflət heyəti ananı yekdilliklə təqsirli hesab edib.

Təqsirkar ana barəsində yekun məhkəmə hökmü avqustun 14-də Edinburqda elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO