İran Azərbaycana qarşı əsassız böhtanlarını yenə təkrar etdi - TƏFƏRRÜAT

İran Azərbaycana qarşı əsassız böhtanlarını yenə təkrar etdi - TƏFƏRRÜAT

Hazırda oxunan: İran Azərbaycana qarşı əsassız böhtanlarını yenə təkrar etdi - TƏFƏRRÜAT

41239

Bu gün səhər İran radiosunun canlı efirinin qonağı olan İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Cənubi Qafqaz bölgəsində gedən proseslərə  toxunub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Teleqram kanalı İSNA-ya istinadən yayıb.

“Terrorçu qruplaşmaların Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı xəbərlərin yayıldığı ilk vaxtdan buna dair əlimizdə faktlar (bu növbəti feykdir) və hətta onların telefon danışıqları var, habelə İran kəşfiyyatı onları dəqiq nəzarətdə saxlayır. Biz Azərbaycan tərəfinə bunun bizim üçün qəbuledilməz olduğunu bildirdik”, deyə Səid Xətibzadə qeyd edib.

O, habelə Azərbaycanda sionist rejimin bəzi hərəkətlərini tənqid edərək deyib:

“Daha sonra Azərbaycanda İran tranzit sürücülərinə qarşı qeyri-dostcasına rəftarın şahidi olduq və bütün bunlar bizi Azərbaycanla açıq və konkret danışmağa sövq etdi. Onlar da bizə narahatlıqlarımızı aradan qaldırmağa çalışacaqlarını bildirdilər”.

İran XİN sözçüsü bir sıra Azərbaycan rəsmilərinin bəyanatlarından da söz açıb: “Biz bu açıqlamalara öz kanallarımız vasitəsilə cavab vermişik”.

Xatırladaq ki, bir neçə gün öncə o, çıxışı zamanı “Azərbaycanla əlaqələrimiz çox dostcasına, yaxşı və çoxqatlıdır və keçirdiyim mətbuat konfransında da qeyd etdim ki, qonşularımızla, o cümlədən Azərbaycanla münasibətlərimiz normaldır” sözlərini demişdi.

Qeyd edək ki, özü işğalçı Ermənistana hərtərəfli dəstək verməklə Azərbaycan xalqını və dövlətini ən çətin günlərdə - Qarabağ müharibəsində yalnız qoyan İran hökuməti üzdə İslam ümmətindən, birlikdən, dostluqdan, qonşuluqdan və qardaşlıqdan ağız dolusu dəm vursa da, əməldə bu insani dəyərlərin heç birinə inanmır.

Bəli, Tehran hökuməti üçün ən vacib məsələ islami və insani dəyərlər deyil, rejimin maraqlarını təmin etməkdir.

Necə ki, İran haqqı qoyub işğalçı ilə dost olursa və hər gün onunla əlaqələrini genişləndirirsə, Azərbaycanın da kiminlə dost, müttəfiq olmasına qarışa və bu ölkənin daxili işlərinə, yürütdüyü xarici siyasətə müdaxilə etməyə heç bir haqqı çatmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO