Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Hazırda oxunan: Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

607668

“Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”.

Bizim.Media "report.az"a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

O qeyd edib ki, Azərbaycan bölgədə ölkələrin öz nizamını qurmalı olduğunu deyib:

"Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır".
 

Hikmət Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.


"Türkiyə və Azərbaycan arasında bu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də burada daxil edə bilərik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO