Bu gün Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Hazırda oxunan: Bu gün Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

4021

Bütün dünyada 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. COVİD-19 bəlasının kölgədə qoyduğu, qazanılmış İmmun Çatışmazlığı (HİV) pandemiyası da dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. 

Xəstəlik ilk dəfə 1981-ci ildə aşkarlanıb. 1988-ci ildə immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib.

Bu günə qədər dünyada 75 milyondan çox insan HİV-ə yoluxub. Sindromun səbəb olduğu xəstəliklərdən 32 milyondan çox insan həyatını itirib.

Hazırda dünyada 38 milyondan çox insan QİÇS (HİV) virusu daşıyır.

2019-cu ildə 1,7 milyon yeni QİÇS xəstəsi qeydə alınıb.

Virus insanlara aşağıdakı yollarla ötürülür: cinsi yolla, damardaxili, içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı, anadan uşağa bətndaxili və laktasiya yolu ilə.

QİÇS virusuna yoluxmuş şəxslərin immun sistemi kifayət qədər zəiflədiyindən bütün xəstəliklərə tez tutulur.

Son illər aparılan maarifləndirici təbliğat və yeni növ dərman preparatlarının kütləvi istifadəyə verilməsi, virusun əvvəlki sürətlə yayılmasının qarşısı alsa da, QİÇS yenə də  hər il 270 mini uşaq olmaqla 2 milyondan çox insanın ölümünə səbəb olur.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO