Koronavirusla bağlı rekord göstərici - 41 ölüm, 4426 yeni yoluxma

Hazırda oxunan: Koronavirusla bağlı rekord göstərici - 41 ölüm, 4426 yeni yoluxma

3997

Azərbaycanda koronavirusa (COVID-19) 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 41 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 47272 nəfərdir.

Ölkədə son sutka ərzində 17621, hazırkı dövrədək isə 1746198 test aparılıb.

Ümumi ölənlərin sayı 1433 nəfərdir.

Ümumi yoluxanların sayı 125602 nəfər, ümumi sağalanların sayı 76897 nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO