Qazın qiyməti 1000 dollara çatacaq - Avropa QAZ ŞOKU keçirir

Hazırda oxunan: Qazın qiyməti 1000 dollara çatacaq - Avropa QAZ ŞOKU keçirir

38026

Sentyabr ayı başlayandan təbii qazın qiyməti 4 dəfə bahalaşan Avropada ümid yenə Rusiyaya qalıb.  

“Rusiya Avropaya qaz tədarük etmək üçün daha çox iş görə bilər”.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin açıqlamasında bildirilib.

Qeyd olunur ki, Rusiya etibarlı təchizatçı olduğunu nümayiş etdirməlidir. Agentliyin mövqeyinə görə, yaxın gələcəkdə köhnə qitənin təbii qaz bazarı daha çox təzyiqlə üzləşə bilər.

Qeyd edək ki, ekspertlər Avropada qazın qiymətinin 1000 kubmetr üçün 1000 dollara çatacağını proqnozlaşdırırlar.

Yanacağın qiyməti əsasən Asiyadakı təbii qaz bazarlarında vəziyyətdən, Avropada havanın temperaturundan və “Şimal axını” 2 - nin işə salınma vaxtından asılı olacaq.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO