Çin və Azərbaycan nəqliyyat nazirlərinin görüşü oldu - FOTO

Çin və Azərbaycan nəqliyyat nazirlərinin görüşü oldu - FOTO

Hazırda oxunan: Çin və Azərbaycan nəqliyyat nazirlərinin görüşü oldu - FOTO
36371
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin nəqliyyat naziri Li Tsiaopenin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.

Bizim.Media-ya verilən məlumata görə, Çinin nəqliyyat naziri Li Tsiaopen azərbaycanlı həmkarını cari ilin 14 – 16 oktyabr tarixlərində Pekin şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İkinci Qlobal Dayanıqlı Nəqliyyat Konfransında iştiraka dəvət edib.

Azərbaycanlı nazir, öz növbəsində çinli həmkarına dəvətə görə təşəkkür edərək konfransda iştirak etməyə hazır olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Nəbiyev qazaxıstanlı nazirlə görüşdü - FOTO


Görüş zamanı iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti, o cümlədən Çin yüklərinin Azərbaycan ərazisi üzərindən tranzit daşımalarında Çin tərəfinin dəstəyinin göstərilməsi müzakirə edilib. 

Həmçinin Çin tərəfinin yükdaşımaları zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə məsələsində dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, iki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi barədə razılıq əldə olunub.

Çinin nəqliyyat naziri Li Tsiaopen ölkəsinin Azərbaycanda həyata keçirilən infrastrukturun inkişafı, nəqliyyat və logistika layihələrinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Əməkdaşlığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hər iki tərəfdən nazir müavinlərinin rəhbərliyi ilə nəqliyyat üzrə İşçi qrupunun yaradılması barədə razılığa gəlinib.

Bizim.Media


Çin və Azərbaycan nəqliyyat nazirlərinin görüşü oldu - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO