Rusiyalı səfir Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırıldı – SƏBƏB - FOTO

Rusiyalı səfir Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırıldı – SƏBƏB - FOTO

Hazırda oxunan: Rusiyalı səfir Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırıldı – SƏBƏB - FOTO
32346
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi Rusiyanın İrandakı səfirliyinin mətbuat xidmətinə istinadən yayıb.

"Rusiyanın Tehrandakı səfirliyinin binası fonunda səfir Caqaryanın Britaniya səfiri Saymon Şerklifflə birgə fotosuna İran ictimaiyyətinin reaksiyası ilə əlaqədar Rusiyanın İrandakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə səfirliyin məlumatında bildirilib.

Həmin foto Rusiyanın İrandakı səfirliyinin "Twitter" hesabında paylaşılıb.

Qeyd edək ki, Levan Semyonoviç Caqaryan 1957-ci il sentyabrın 7-də Tbilisi şəhərində anadan olub. O, 1986-cı ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Rus, fars, ingilis, erməni, gürcü, tacik, dari və fransız dillərini bilən diplomat Orta Şərq və Mərkəzi Asiya bölgəsi üzrə ekspert kimi tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO