Gəncədə zərcirvari qəza- YARALILAR VAR

Gəncədə zərcirvari qəza- YARALILAR VAR

Hazırda oxunan: Gəncədə zərcirvari qəza- YARALILAR VAR
271902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə sürücünün idarəetməni itirməsi zərcirvari qəza ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində baş verib. 

Hərəkətdə olan "Toyota Prius" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə o, "Hyundai" və "Niva" markalı maşınlarla toqquşub. 

Qəza zamanı sərnişin 2005-ci il təvəllüdlü Vüsal Hüseynov, 2010-cu il təvəllüdlü Taleh Səfərov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. V. Hüseynovun vəziyyəti orta-ağır, 15 yaşlı T. Səfərovun isə  vəziyyəti qənaətbəxş qiymətləndirilir. 
Xəsarət alan digər zərərçəkənin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO