“Kayrat”ın baş məşqçisi: “Qarabağ”ın qələbəsi göstərdi ki, önəmli olan adlar deyil, insanlardır

“Kayrat”ın baş məşqçisi: “Qarabağ”ın qələbəsi göstərdi ki, önəmli olan adlar deyil, insanlardır

Hazırda oxunan: “Kayrat”ın baş məşqçisi: “Qarabağ”ın qələbəsi göstərdi ki, önəmli olan adlar deyil, insanlardır
271098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin bu gün Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyanın “Sportinq” komandası ilə matç öncəsi Azərbaycan “Qarabağ”ının “Benfika” üzərindəki 3:2 hesablı qələbəsinə toxunub.

Bizim.Media xəbər verir ki, o, müsahibəsinə “Bacardığımız qədər yaxşı oyun nümayiş etdirəcəyik” sözləri ilə başlayıb.

Onun fikrincə, Çempionlar Liqasına düşməyin özü böyük hadisədir.

“Hər hansı təzyiq hiss etmirik, sakitik. Meydana çıxıb ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq. “Qarabağ”ın “Benfika”ya qalib gəlməsi göstərdi ki, hər şey mümkündür. Əsas olan adlar deyil, canlı insanlardır. Görək, necə alınacaq. “Sportinq”lə bütün gücümüzü qoyacağıq”, – deyə Urazbaxtin bildirib. (Аzerisport.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO