Türkiyədə sabiq nazir həbs edildi - Foto

Türkiyədə sabiq nazir həbs edildi - Foto

Hazırda oxunan: Türkiyədə sabiq nazir həbs edildi - Foto
646286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin sabiq ailə və sosial siyasət naziri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş sədr müavini Fatma Betül Sayan Kaya həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 

Məlumata görə, İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən kapital bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı araşdırma davam etdirilir.


Qeyd edilib ki, istintaq çərçivəsində şübhəli qismində prokurorluqda izahat alınan Fatma Betül Sayan Kaya “Kapital Bazarları haqqında” qanuna zidd hərəkətlər etmək və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda ittiham edilərək həbs tələbi ilə məhkəməyə göndərilib.

Sülh Cinayətləri üzrə Məhkəmə Kaya barəsində qeyd olunan ittihamlar üzrə həbs qətimkan tədbiri seçib.

Eyni istintaq çərçivəsində onun həyat yoldaşı İlyas Kaya və Qiymətli Kağızlar Bazarına Nəzarət Şurasınınsabiq sədri İbrahim Ömer Gönül barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

Məhkəmənin qərarına əsasən, onların üzərinə imza atmaq və ölkədən çıxışına qadağa qoyulması öhdəlikləri müəyyən edilib.
 

Türkiyədə sabiq nazir həbs edildi - Foto - foto 1
Türkiyədə sabiq nazir həbs edildi - Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO