Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi – VİDEO

Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi – VİDEO

Hazırda oxunan: Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi – VİDEO
270669
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Faiq Ağayev canlı efirdə aparıcı Zümrüd Bədəlovaya irad bildirib.

Bizim.Media xəbər verir ki, o, “Gün ortası” verilişində qonaq olub.

Bu zaman verilişə canlı qoşulan pərəstişkarın ünvanladığı sual F. Ağayev tərəfindən xoş qarşılanmayıb. Buna səbəb sənətkara evliliklə bağlı verilən sual olub: “Ananızın bu qədər təkidlərinə baxmayaraq, cəmi 4 il evli qalmısınız, niyə?”
 

Daha sonra Xalq artisti sualı cavablandırıb, lakin aparıcının bu mövzuları efirdə müzakirə etməsini qınayıb: “Mən “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvü olaraq sənə irad bildirirəm. Və sənin simanda bütün həmkarlarına da. Audioviziual Şura da bildirib ki, efirdə ailə-məişət məsələləri çox müzakirə olunmasın. Tərəfdarı deyiləm. Bu kimi mövzular efirdə yox, mətbəxdə danışılmalıdır. Bugünlük səni bağışlayıram. Səndən birillik fasilə götürürəm. Bir il mənə zəng etmirsən. O müddət keçdikdən sonra inşallah kinim soyuyar, bəlkə onda səni bağışlayaram”.


Sənətkarın tənqidi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Verilişdən həmin hissəni təqdim edirik: (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO