15 yaşlı Ouen Kuper “Emmi” mükafatının ən gənc qalibi oldu – VİDEO

15 yaşlı Ouen Kuper “Emmi” mükafatının ən gənc qalibi oldu – VİDEO

Hazırda oxunan: 15 yaşlı Ouen Kuper “Emmi” mükafatının ən gənc qalibi oldu – VİDEO
270504
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən axşam Los-Ancelesdə keçirilən “Emmi” mükafatlarının təqdimetmə mərasimində 15 yaşlı britaniyalı aktyor Ouen Kuper tarixə düşdü – o, bu mükafatı qazanmış ən gənc kişi oldu.
Yeniyetmə Netflix-in dördseriyalı “Keçid dövrü” serialında Ceymi Miller obrazına görə “ən yaxşı kişi ikinci plan rolu” nominasiyasında qalib gəlib.

Bizim.Media DailyMail nəşrinə istinadən xəbər verir ki, layihənin çəkilişləri Kuperin cəmi 14 yaşı olanda aparılıb. O, bu nominasiyada Xavyer Bardem kimi sənaye nəhənglərini qabaqlayıb.

Nitqində gənc aktyor rejissor Stivenə və bütün çəkiliş qrupuna təşəkkür edib:

“Bu mükafatın üzərində mənim adım yazılıb, amma əslində o, kamera arxasında çalışan insanlara məxsusdur. Bu axşam sübut edir ki, əgər qulaq asırsınızsa, diqqətinizi toplayırsınızsa və komfort zonanızdan çıxırsınızsa, hər şeyə nail ola bilərsiniz”.

“Keçid dövrü” mini-serialı internetdə “insel” subkulturası ilə tanış olduqdan sonra qətldə ittiham edilən bir yeniyetmənin hekayəsini danışır. Serial ayda orta hesabla 45 milyon baxış toplayır və artıq tənqidçilər tərəfindən valideynlər və yeniyetmələr üçün mütləq izlənilməli əsər adlandırılıb. Dünənki mərasimdə layihə daha beş mükafat da qazanaraq ümumi “Emmi”lərinin sayını 8-ə çatdırıb.
 

Dünya uğuruna baxmayaraq, Kuperi adi məktəb həyatı gözləyir: o, artıq bu gün Britaniyaya qayıdaraq GCSE imtahanlarına hazırlaşacaq. Məktəb direktoru ona Los-Anceles səfəri üçün bir həftəlik icazə verib, amma şərt qoyub ki, ev tapşırıqları, xüsusilə riyaziyyatdan, vaxtında yerinə yetirilsin.


Kuperi ABŞ səfərində valideynləri Endi və Norin, həmçinin iki qardaşı müşayiət edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO