
- A-
- A
- A+
İdman
23:27 / 09.09.2025
1 dəq oxunma
“Çelsi”nin futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ
Hazırda oxunan: “Çelsi”nin futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ
269572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi" ciddi itki ilə üzləşiib.
Bizim.Media xəbər verir ki, London təmsilçisinin hücumçusu Liam Delap sıradan çıxıb.
İngiltərə millisinin üzvü təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. 22 yaşlı forvard noyabr ayında yaşıl meydanlara qayıdacaq.
"Çelsi" Liam Delapı mövsümün əvvəlində "İpsviç Taun"dan transfer edib. O, "mavilər"in heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən


























































































