“Qalatasaray”ın keçmiş hücumçusu “Fənərbağça”ya KEÇDİ

“Qalatasaray”ın keçmiş hücumçusu “Fənərbağça”ya KEÇDİ

Hazırda oxunan: “Qalatasaray”ın keçmiş hücumçusu “Fənərbağça”ya KEÇDİ
267719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Benfika"nın futbolçusu Kerem Aktürkoğlu Super Liqaya qayıtmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, "Fənərbağça" türk vingerin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Kerem üçün Portuqaliya klubu ilə razılığa gəlib. Keçid təxminən 25 milyon avroya başa gələcək.

26 yaaşlı ön xətt oyunçusu instaqram hesabından sabiq klubu "Qalatasaray"la bağlı olan bütün paylaşımlarını silib. O, həmçinin klubu da izləmədən çıxarıb.

Qeyd edək ki, "Benfika" Kerem Aktürkoğlunu ötən ilin yayında "Qalatasaray"dan transfer edib. Türkiyə millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 17 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO