"Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" - Britaniya səfiri 

Hazırda oxunan: "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" - Britaniya səfiri 
26703
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Almaniya və İngiltərə yığmaları arasında Avropa çempionatının 1/4 fərhələsinin oyunundan əvvəl maraqlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, Şarp Londondakı "Uembli" stadionunda keçiriləcək matçı izləməyi səbrsizliklə gözlədiyini bildirib.  

O, "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" yazıb. 

Bu gün keçiriləcək İngiltərə - Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 

Xatırladaq ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib.

Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO