Məsud Pezeşkian İsrailin hücumu zamanı yaralanıb? - DETALLAR

Məsud Pezeşkian İsrailin hücumu zamanı yaralanıb? - DETALLAR

Hazırda oxunan: Məsud Pezeşkian İsrailin hücumu zamanı yaralanıb? - DETALLAR
259638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə İsrail hakimiyyətinin onun həyatına sui-qəsd etməyə cəhd göstərdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fars agentliyi yayıb.

Məlumata görə, Pezeşkian İsrailin Tehranın qərbindəki yeraltı kompleksə təşkil etdiyi hücum zamanı ayağından yüngül şəkildə yaralanıb.

Hadisə 16 iyun, bazar ertəsi günü səhər saatlarında baş verib. Həmin vaxt Tehranın qərbindəki binanın alt mərtəbələrində İranın Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilirmiş. Görüşdə prezidentlə yanaşı, parlamentin sədri, məhkəmə sisteminin rəhbərləri və digər yüksək rütbəli rəsmilər iştirak ediblər.

İsrail tərəfi binanın giriş və çıxışlarına altı raket atıb. Partlayış nəticəsində görüşün keçirildiyi mərtəbədə elektrik enerjisi kəsilib, lakin iclasda iştirak edən rəsmilər təcili çıxış qapılarından istifadə edərək binanı tərk edə biliblər.

Evakuasiya zamanı İran prezidenti Məsud Pezeşkian ayağından yüngül yara alıb.

İran mənbələrinin fikrincə, İsrail tərəfi binada keçirilən gizli görüşün yerini öyrənmək üçün daxildən məlumat ötürən agentə malik olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO