Erməni qarmonçunun oğurladığı Azərbaycan mahnıları səhifəsindən SİLİNDİ

Erməni qarmonçunun oğurladığı Azərbaycan mahnıları səhifəsindən SİLİNDİ

Hazırda oxunan: Erməni qarmonçunun oğurladığı Azərbaycan mahnıları səhifəsindən SİLİNDİ
250717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərinin popuri şəklində erməni qarmon ifaçısı Gagik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və //www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirib. G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.

Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası yutubun qeyd edilən səhifəsindən silinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO