Marko Rossi: “Azərbaycan millisi öz meydanında yaxşı oynayır”

Marko Rossi: “Azərbaycan millisi öz meydanında yaxşı oynayır”

Hazırda oxunan: Marko Rossi: “Azərbaycan millisi öz meydanında yaxşı oynayır”
250406
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu dəfə heyətə elə oyunçular daxil etdik ki, onlar əvvəllər komandaya çağırılsalar da, son vaxtlar dəvət almırdılar”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

İsveç və Azərbaycanla yoldaşlıq oyunları üçün heyəti açıqlayan mütəxəssis dəvət etdiyi futbolçular barədə danışıb:

“Bunun səbəbi odur ki, iki yoldaşlıq oyunu keçirəcəyik. Çağırdığımız futbolçular da son vaxtlar özlərini klublarında yaxşı tərəfdən göstəriblər. Biz onları qarşıdakı iki matçda və məşqlərdə görmək istəyirik”.

Rossi İsveç və Azərbaycan milliləri barədə də danışıb:

“Hər iki rəqibimiz fərqli oyun üslublarına malikdir. İsveç çox güclü yığmadır. Onlara qarşı oynamaq çətin olacaq. Azərbaycan fərqli komandadır.
 

Bu yığma İsveç qədər güclü olmasa da, öz meydanında yaxşı oynayır. Bizim hədəfimiz hər iki görüşdə qalib gəlməkdir”.


Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 10-da keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media21:14

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO