Polşada prezidentliyə namizəd Avropa İttifaqının bayrağını tapdalayıb yandırdı – FOTO/VİDEO

Polşada prezidentliyə namizəd Avropa İttifaqının bayrağını tapdalayıb yandırdı – FOTO/VİDEO

Hazırda oxunan: Polşada prezidentliyə namizəd Avropa İttifaqının bayrağını tapdalayıb yandırdı – FOTO/VİDEO
247958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşada deputat və prezidentliyə namizəd Qrzeqorz Braun növbəti dəfə qalmaqala səbəb olub.

Bizim.Media xəbər verir ki, siyasətçi bu dəfə Avropa İttifaqının bayrağını təhqir edərək yandırıb.

Belə ki, Polşanın Sənaye Nazirliyində Qrzeqorz Braunla görüş olub.

Siyasətçi görüşdən sonra binadan çıxarkən Polşa bayrağının yanında asılmış Aİ bayrağını götürüb. Braun bu hərəkətini “Bura Brüssel deyil, Polşadır” deyərək izah edib. Bundan sonra o, bayrağı yerə ataraq ayağını onun üzərinə silməyə başlayıb. Daha sonra siyasətçi Avropa İttifaqının bayrağını küçəyə çıxarıb və hər kəsin gözü qarşısında yandırıb.

Sənaye Nazirliyi dövlət əmlakının oğurlanması ilə bağlı dərhal polisə məlumat verib.

Qeyd edək ki, bu, Braunun dövlət simvollarına nümayişkaranə hörmətsizliklə bağlı ilk hal deyil. Mayın əvvəlində Bila Podlaska şəhərində mitinq zamanı onun fanatı şəhər şurasının binasından asılmış Ukrayna bayrağını cırıb. Braun daha sonra adama açıq şəkildə təşəkkür edərək əlini sıxıb. Mayın 6-da Avropa Parlamenti Qrzeqorz Braunu toxunulmazlıqdan məhrum edib.

Səsvermə 2023-cü ilin dekabrında baş verən hadisələrlə bağlı olub. Belə ki, Braun Hanukka şamlarını söndürmək üçün yanğınsöndürəndən istifadə edib.




Polşada prezidentliyə namizəd Avropa İttifaqının bayrağını tapdalayıb yandırdı – FOTO/VİDEO - foto 1
Polşada prezidentliyə namizəd Avropa İttifaqının bayrağını tapdalayıb yandırdı – FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO