
- A-
- A
- A+
İdman
03:42 / 25.04.2025
1 dəq oxunma
Belarus Avropa çempionatına buraxılacaqmı?
Hazırda oxunan: Belarus Avropa çempionatına buraxılacaqmı?
245964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
UEFA 2026-cı ildə Riqa (Latviya) və Kaunas (Litva) şəhərlərində keçiriləcək futzal üzrə Avropa çempionatında Belarus yığmasının iştirakını Latviya və Litva futbol federasiyaları ilə müzakirə edir.
Bizim.Media xəbər verir ki, qurum bununla bağlı açıqlama yayıb:
“Bildirmək istərdik ki, Belarus yığması seçmə mərhələni keçib və final mərhələsində iştirak edəcək. Bu məsələ ilə bağlı hər iki ev sahibi assosiasiyası ilə əlaqədəyik”
Qeyd edək ki, daha öncə Latviya Futbol Federasiyasının rəhbəri Vadim Lyaşenko və Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankyaviçus Belarus yığmasının turnirdə iştirakına qarşı çıxmışdılar. Onlar bəyan etmişdilər ki, Belarus idmançılarının öz ölkələrinə buraxılmasını planlaşdırmırlar.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































