"Tiktok"da falçılıqla məşğul olan iki qadın SAXLANILDI – FOTO

"Tiktok"da falçılıqla məşğul olan iki qadın SAXLANILDI – FOTO

Hazırda oxunan: "Tiktok"da falçılıqla məşğul olan iki qadın SAXLANILDI – FOTO
243538
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənr saxlanılıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Belə ki, paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün “TikTok” sosial şəbəkəsində bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib.
 

Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər.


Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərərçəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında dələduzluq edən 46 yaşlı G.Mirzəyeva və  24 yaşlı Ə.Abbasova saxlanılıblar.

Araşdırma aparılır.

"Sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildiririk ki, bu tipli elanlarla rastlaşan zaman heç bir halda ödəniş etməsinlər və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmasınlar"- məlumatda qeyd edilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO