Tanınmış reper vəfat etdi

Tanınmış reper vəfat etdi

Hazırda oxunan: Tanınmış reper vəfat etdi
242507
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın məşhur reperi Paşa Texnik (Pavel Nikolayeviç İvleyev) vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda musiqiçinin ailə üzvləri məlumat yayıb.

Ötən həftə reper ağır vəziyyətdə Tailandda reanimasiyaya yerləşdirilib.
 

Həkimlər musiqiçiyə aspirasiya pnevmoniyası sepsis diaqnozu qoyublar.


Təsdiqlənməmiş məlumatlara görə, ehtimal ki, bu hal onda qadağan olunmuş maddələrlə şiddətli zəhərlənmə nəticəsində yaranıb.

Yaxınlarının sözlərinə görə, Paşanın ağciyərləri demək olar ki, tamamilə zədələnib, o, süni nəfəs aparatında və "ECMO" da olub.

Bu gün günortadan sonra məlum olub ki, reper klinik ölüm keçirib, lakin həkimlər onu həyata qaytara biliblər.

Axşam onun vəziyyəti daha da kəskinləşib və Paşa ölüb. Onun 40 yaşı var idi.

Qeyd edək ki, Paşa Texnik, Rusiya hip-hopunun ən görkəmli reperlərindən biri hesab olunur. 2000-ci illərin əvvəllərində "Künteynir" qrupunun rəhbəri olub, sonra solo çıxış edib. Paşa işindən əlavə, təxribat xarakterli davranışları, qanun pozuntuları ilə tanınıb. (olay.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO