Beyləqanda "Niva" traktora çırpıldı: Yaralanan var

Beyləqanda "Niva" traktora çırpıldı: Yaralanan var

Hazırda oxunan: Beyləqanda "Niva" traktora çırpıldı: Yaralanan var
241362
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqan rayonu ərazisində traktor və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası olub.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Niva" markalı avtomobil traktorun aqreqat qoşqusuna çırpılıb.

Qəza nəticəsində xəsarət alan şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1944-cü il təvəllüdlü şəxsə bazu sümüyünün aşağı ucunun mil-dirsək sümüyünün yerdəyişmiş açıq sınığı diaqnozu təyin edilib.Vətəndaş müayinə və müalicədən imtina edərək yaxınları tərəfindən paytaxtdakı özəl tibb müəssisələrinin birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Elgün, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO