Rusiyadan Azərbaycanın helikopterlə bağlı üzrxahlığına reaksiya

Hazırda oxunan: Rusiyadan Azərbaycanın helikopterlə bağlı üzrxahlığına reaksiya

Rusiya Azərbaycanın helikopterlə bağlı üzrxahlığını müsbət qəbul etdi

2348

Rəsmi Moskva Bakının Mi-24 helikopterinin vurulması ilə bağlı məsələdə öz təqsirini dərhal etiraf etməsini müsbət qiymətləndirir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiya XİN Azərbaycan tərəfinin bu hadisə ilə bağlı operativ araşdırma aparılacağı və təqsirkarların cəzalandırılacağı ilə əlaqədar verdiyi təminata da əminliyini qeyd edib.

Xatırladaq ki, dünən saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO