Azərbaycan kubokunun formatı AÇIQLANDI

Azərbaycan kubokunun formatı AÇIQLANDI

Hazırda oxunan: Azərbaycan kubokunun formatı AÇIQLANDI
230362
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Basketbol üzrə Azərbaycan kubokunun formatı bəlli olub.

Bizim.Media xəbər verir ki, 1/8 final mərhələsi Azərbaycan Basketbol Liqasının II dövrəsindən sonra keçiriləcək.

Bu raundda A qrupunda 4-6-cı, B qrupunda 2-6-cı yerləri tutan komandalar mübarizə aparacaq. Püşklə 4 cütlük müəyyənləşəcək. Qaliblər 1/4 finala birbaşa vəsiqə qazanan komandalara rəqib olacaq. 1/8 final yanvarın 28-29-da, 1/4 final martın 12-13-də, yarımfinal isə 14-15-də baş tutacaq. Bütün mərhələlər 1 oyundan ibarət olacaq və meydan sahibi püşklə müəyyənləşdiriləcək. Final görüşü martın 16-da keçiriləcək.

Qeyd edək ki, kubok oyunlarında legioner limiti meydanda maksimum 3, protokolda 7 əcnəbi olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO