Tramp Putinlə mümkün qədər tez görüşmək istəyir - VİDEO

Tramp Putinlə mümkün qədər tez görüşmək istəyir - VİDEO

Hazırda oxunan: Tramp Putinlə mümkün qədər tez görüşmək istəyir - VİDEO
229941
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.

Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals isə “ABC News” telekanalına ABŞ-ın seçilmiş prezidenti və Rusiya lideri arasında telefon danışığının yaxın gələcəkdə baş tuta biləcəyini deyib.

Ağ evin gələcək sahibi bundan əvvəl də prezidentliyinin ilk altı ayı ərzində Putinlə görüşmək istədiyini və bu cür təmaslara hazır olduğunu bildirmişdi.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov isə öz növbəsində qeyd edib ki, Vladimir Putin ABŞ-ın yeni lideri ilə heç bir ilkin şərt olmadan görüşməyə hazırdır, lakin hələlik bu məsələdə heç bir konkretlik yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO