Tovuzda məktəbdə baş verən zəhərlənmə hadisəsinin TƏFƏRRÜATI - VİDEO

Tovuzda məktəbdə baş verən zəhərlənmə hadisəsinin TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Tovuzda məktəbdə baş verən zəhərlənmə hadisəsinin TƏFƏRRÜATI - VİDEO
226110
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuz rayonunun Aşağı Quşçu kəndinin 1 nömrəli tam orta məktəbində tüstülənmə nəticəsində baş verən zəhərlənmə ilə bağlı təfərrüat məlum olub.

Bizim.Media xəbər verir ki, məktəbin şagirdi Rəbiyə Əhmədova Baku TV-yə açıqlamasında bildirib ki, dərsdə olarkən başqa bir sinifdə sobanın partlaması səsini eşidiblər:

"Həmin sinifdəki uşaqları çölə çıxardılar. Bizim sinfimizdə tüstü yox idi. 3 sinifdə tüstü çıxdıqdan sonra hamımızı bayıra çıxardılar. Tüstüyə görə halımız pisləşdi".

Hadisə ilə bağlı danışan valideyn Şahlar Quliyev isə zəhərlənən şagirdlərdən bəzilərinin vəziyyətinin yaxşı olmadığını qeyd edib:

"Övladım qaça-qaça gəlib dedi ki, soba partlayıb, uşaqlar tüstüdən zəhərləniblər. Yaxınlıqda yaşayırıq. Gələndə gördüm ki, təcili tibbi yardım maşınları məktəbdədir. Valideynlərdən bir neçəsi ilə əlaqə saxlamışam. Deyirlər ki, uşaqların vəziyyəti qənaətbəxş deyil".

Ətraflı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO