İspaniyalı məşqçi: Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq”

İspaniyalı məşqçi: Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq”

Hazırda oxunan: İspaniyalı məşqçi: Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq”
223028
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ordu”nun baş məşqçisi Alberto Blanko “Lənkəran”a qarşı keçirilən Azərbaycan Basketbol Liqasının 4-cü turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Bizim.Media xəbər verir ki, ispaniyalı mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

“Bu matç bizim üçün çox önəmli idi. Çünki 3-cü turda “Gəncə”yə məğlubiyyətdən sonra komandanın əhval-ruhiyyəsi korlanmışdı. Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq. Görüşə çox yaxşı başladıq.

İlk periodda yaxşı üstünlük qazandıq. Oyunçular topla çox yaxşı davranır, çox qaçır, hərəkət edirdilər. Ancaq ikinci periodda bir qədər arxayınlaşdılar. Sonrakı hissələrdə isə üstünlüyü saxladıq və layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Sonrakı görüşlərdə bu tempdə davam etsək, istədiyimiz nəticələri əldə edəcəyik”.

Qeyd edək ki, “Lənkəran” – “Ordu” qarşılaşması ikincilərin 92:55 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO