“Ordu” səfərdə “Lənkəran”a qalib gəldi - FOTO

“Ordu” səfərdə “Lənkəran”a qalib gəldi - FOTO

Hazırda oxunan: “Ordu” səfərdə “Lənkəran”a qalib gəldi - FOTO
223009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan Basketbol Liqasının B qrupunda IV tura start verilib.
 

Bizim.Media xəbər verir ki, günün yeganə matçı Lənkəranda keçirilib.

Yerli komanda doğma meydanda ikinci oyununda “Ordu”nu sınağa çəkib. Görüşdə daha yaxşı təsir bağışlayan qonaqlar yekunda 37 xal fərqli inamlı qələbə qazanıblar.

Qeyd edək ki, turun açılış matçında “Naxçıvan” səfərdə “Abşeron”a 72:68 hesabı ilə qalib gəlib. Noyabrın 30-da “Sabah” NTD-ni, “Quba” “Sumqayıt”ı sınağa çəkəcək.

Dekabrın 1-də isə 2 matçla tura yekun vurulacaq. Həmin gün “Sərhədçi” “Neftçi” ilə, “Gəncə” “Şəki” ilə üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası

IV tur

29 noyabr

14:00. "Lənkəran" - "Ordu” - 55:92 (13:29, 20:16, 9:28, 13:19)

“Ordu” səfərdə “Lənkəran”a qalib gəldi - FOTO - foto 1
“Ordu” səfərdə “Lənkəran”a qalib gəldi - FOTO - foto 2

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO