PROQNOZ: Azərbaycanda bu il orta illik inflyasiya 3,5 %-ə qədər azalacaq

PROQNOZ: Azərbaycanda bu il orta illik inflyasiya 3,5 %-ə qədər azalacaq

Hazırda oxunan: PROQNOZ: Azərbaycanda bu il orta illik inflyasiya 3,5 %-ə qədər azalacaq
222625
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 %-dən 3,5 %-ə qədər azalacağını proqnozlaşdırır.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə informasiya bankın hesabatında yer alıb.

EBRD-nin proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-yə nisbətinin ötən ildəki 9,9 % qarşı 2024-cü ilin yekunlarına dair 8,5 % təşkil edəcək.

Bank Azərbaycandakı cari makroiqtisadi mühitə toxunaraq qeyd edir ki, 2024-cü ildə ÜDM-in artım tempi sürətlənib, inflyasiya isə yavaşlayıb. Neft-qaz sektoru “mavi yanacağa” olan güclü tələbat sayəsində artım trayektoriyasına qayıdıb. "İnflyasiya Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qalır", - EBRD qeyd edib.

Bildirilir ki, enerji daşıyıcılarının ixracı və dövlət investisiyaları növbəti illərdə ölkənin ÜDM artımını stimullaşdırmağa davam edəcək.

"Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda real ÜDM artımı 2024-cü ildə 3,8 %, 2025-ci ildə isə 2,7 % təşkil edəcək. Proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır", - hesabatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM artımını 4,2 %, 2025-ci ildə isə 3,5 % səviyyəsində proqnozlaşdırır. Orta illik inflyasiya proqnozu müvafiq olaraq 2,7 % və 4,6 % təşkil edir.

Azərbaycan iqtisadiyyatı 2023-cü ildə 1,1 % artıb, orta illik inflyasiya 8,8 % səviyyəsində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO