ADY və Almaniya şirkəti arasında dəmir yollarının modernləşdirilməsi müzakirə edildi - FOTO

ADY və Almaniya şirkəti arasında dəmir yollarının modernləşdirilməsi müzakirə edildi - FOTO

Hazırda oxunan: ADY və Almaniya şirkəti arasında dəmir yollarının modernləşdirilməsi müzakirə edildi - FOTO
221933
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Almaniyanın “Rhenus Group” şirkəti arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı başlamış müzakirələr COP29 çərçivəsində davam etdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Məlumata görə, qurumun sədri Rövşən Rüstəmov “Rhenus Group”un baş icraçı direktoru Tobias Bartzın rəhbərlik etdiyi nümayəndə ilə görüş keçirib. Görüşdə Azərbaycanda dəmiryol infrastrukturunun modernləşdirilməsi, elektrikləşdirilməsi, ölkəmizdən keçən beynəlxalq dəhlizlərdə dəmir yollarının ötürücülük imkanlarının artırılması ilə bağlı görülən işlərdən danışıb.
 

Qeyd olunub ki, beynəlxalq dəhlizlərlə yükdaşımalarda karbon emissiyasının azaldılması əsas çağırışlardan biridir, bu məqsədlə əməliyyatların rəqəmsallaşdırılması xüsusilə vacibdir. Son illərdə beynəlxalq yükdaşımaların artması fonunda ADY yeni yüklərin cəlb olunması, həmçinin Orta Dəhliz üzrə marşrutların şaxələndirilməsi istiqamətində tərəfdaşları ilə fəal əməkdaşlıq edir.


T.Bartz “Rhenus Group”un beynəlxalq logistika xidmətləri göstərdiyini, bir çox ölkələrdə layihələr icra etdiyini, dövlət və özəl sektorlar üçün təchizat zəncirində mürəkkəb logistika proseslərinin həllini təklif etdiyini və ADY ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

ADY və Almaniya şirkəti arasında dəmir yollarının modernləşdirilməsi müzakirə edildi - FOTO - foto 1
ADY və Almaniya şirkəti arasında dəmir yollarının modernləşdirilməsi müzakirə edildi - FOTO - foto 2
ADY və Almaniya şirkəti arasında dəmir yollarının modernləşdirilməsi müzakirə edildi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO