Millimizin üzvü Türkiyədə klubunu dəyişə bilər

Millimizin üzvü Türkiyədə klubunu dəyişə bilər

Hazırda oxunan: Millimizin üzvü Türkiyədə klubunu dəyişə bilər
216941
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan milli komandasının və “Ankaragücü”nün hücumçusu Renat Dadaşov qışda “transfer pəncərəsi” zamanı Türkiyə Superliqasında çıxış edən komandalardan birinə keçə bilər. 

Bizim.Media xəbər verir ki, 25 yaşlı futbolçuya Türkiyə Superliqasında yarışan “Eyüpspor” maraq göstərir.

Bu komandanın baş məşqçisi Arda Turan Dadaşovun həm “Ankaragücü”ndə, həm də millimizdəki performansını bəyəndiyi üçün onu komandasına cəlb etmək niyyətindədir.

Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

"Eyüpspor" öncə millimizin hücumçusunu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Komandalar arasında danışıqdan sonra Renatın “Eyüpspor”a yollanıb-yollanmayacağı dəqiqləşəcək.


Qeyd edək ki, bu komanda Türkiyə Superliqasında 9 oyuna 15 xal yığaraq 5-ci pillədədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO