Azərbaycanda bu il benzin istehsalı azalıb - STATİSTİKA

Azərbaycanda bu il benzin istehsalı azalıb - STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda bu il benzin istehsalı azalıb - STATİSTİKA
21646
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd 198,8 mln manat təşkil edib.

Bizim.Media-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 14 % azdır.

Hesabat dövründə 365,5 min ton həcmində avtomobil benzini, 776,8 min ton dizel yanacağı, 17,6 min ton sürtkü yağları, 67,6 min ton neft bitumu istehsal edilib.

Belə ki, bu ilin 4 ayı ərzində Azərbaycanda avtomobil benzini istehsalı 10 %, neft bitumunun istehsalı 14,8 % azalıb, dizel yanacağının istehsalı isə 0,6 %, sürtkü yağlarının istehsalı 91,3 % artıb.

Həmçinin, bu ilin ilk 4 ayında ölkədə 137,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 148,7 min ton ağ neft, 21,3 min ton yanacaq mazutu, 87,5 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 35 %, neft koksunun istehsalı 13,3 % artıb, ağ neftin istehsalı 20,3 %, yanacaq mazutunun istehsalı 27,1 % azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO