İran prezidenti: İsrailin hücumları cavabsız qalmayacaq

İran prezidenti: İsrailin hücumları cavabsız qalmayacaq

Hazırda oxunan: İran prezidenti: İsrailin hücumları cavabsız qalmayacaq
213751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrail hakimiyyətinin törətdiyi cinayətlər cavabsız qalmayacaq.

Bu barədə Bizim.Media “Al Mayadeen” telekanalına istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

İran özünü İsrail kimi əjdahanın ağzına atmayacaq - VİDEO


“İsrailin cinayətləri cavabsız qalmayacaq. Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara riayət etmədiyini bir daha nümayiş etdirdi.

Belə cinayətkarlara imkanların verilməsi onları daha çox cinayət törətməyə sövq edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa ölkələrinin Tehranda HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin qətlinə İranın cavab vermədiyi təqdirdə atəşkəs razılaşmasının əldə olunacağına dair vədlərinin yalan olduğu üzə çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO