“Sabah” Çempionlar Liqası üçün sifariş ərizəsini TƏQDİM ETDİ

“Sabah” Çempionlar Liqası üçün sifariş ərizəsini TƏQDİM ETDİ

Hazırda oxunan: “Sabah” Çempionlar Liqası üçün sifariş ərizəsini TƏQDİM ETDİ
211356
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan çempionu "Sabah" basketbol klubu Antalyada (Türkiyə) Çempionlar Liqasının təsnifat mərhələsində sentyabrın 17-də ilk oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu avrokubok oyunları üçün iştirak ərizəsini təqdim edib:

Cəbrayıl Əkbərov, Aydın İbrahimov, Əkbər Məmmədov, Əlikamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Tariyel Yusifzadə (hamısı Azərbaycan), Deandre Baldvin, Kamron Blu, Trevon Duval, Hassani Qravett, Maykl Holton (hamısı ABŞ), Artyoms Butyankovs, Klavs Kavars (hər ikisi Latviya) və Andrey Voynaloviç (Ukrayna).

Rimas Kurtinaitisin komandası ilk təsnifat oyununda İsveçin “Nörçöppinq Dolfins” klubu ilə qarşılaşacaq. Oyun saat 17:30-da başlayacaq.

Sentyabrın 19-da bu cütün qalibi yarımfinalda İsveçrənin “Friburq” klubu ilə üz-üzə gələcək. Sentyabrın 21-də bu qrupun seçmə turnirinin qalibi müəyyənləşəcək. Həmin klub adi mövsümün G qrupuna vəsiqə qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO