Ərdoğan: Terrorçuların “at oynatdığı” yerlərdə artıq hüzur var

Ərdoğan: Terrorçuların “at oynatdığı” yerlərdə artıq hüzur var

Hazırda oxunan: Ərdoğan: Terrorçuların “at oynatdığı” yerlərdə artıq hüzur var
209550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Terrorçulardan təmizlənən ərazilər hər kəsin üzünə açıqdır”.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hotelin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir vaxtlar terrorçuların “at oynatdığı” yerlərdə artıq hüzur var: “İndi oralar təhlükəsizdir. İstehsal və inkişafın şahidi oluruq. İnşallah daha yaxşı yerlərə gəlib daha gözəl günlərə doğru addımlayacağıq”.

O bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində turizm getdikcə inkişaf edir: “Bunlar hələ başlanğıcdır. Çatmaq istədiyimiz məqsədlərimiz çoxdur. Sağlamlıq, müdafiə sənayesi, qida sənayesi, tekstil, tikinti kimi turizmdə də dünya brendinə çevrilənə qədər dayanmayacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO