Qurban Qurbanov: “Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik” - VİDEO

Qurban Qurbanov: “Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik” - VİDEO

Hazırda oxunan: Qurban Qurbanov: “Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik” - VİDEO
208877
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Əfsuslar olsun ki, məğlub olduq. İstəməzdik ki, uduzaq. Futbolçulara deyiləcək bir söz yoxdur. Çox əziyyət çəkdilər, həm səfərdə, həm də burada. Xeyli sayda qol epizodlarımız oldu, istifadə edə bilmədik. Azarkeşlərimizə təşəkkür edirəm. Uduzsaq da, bizimlə oldular".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov yeni transfer axtarışında olduqlarını söyləyib:
 

"Bir transfer də etmişik. İki aydan çox idi ki, danışıqlar gedirdi. Bir dəfə alınmamışdı, söhbət dayanmışdı. Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik. 


Bizi qarşıda çox sıx qrafik gözləyir. Avrokuboklar, milli oyunlar, çempionatımız var. Oyunların sayı çoxalır. Zədələrimiz çoxala bilər, rotasiyalara getməliyik. Belə olan halda, oyunçular dəvət etmək istəyərik".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO