Sərsəng su anbarının səviyyəsinin maksimuma qalxması Azərbaycanın suya tələbatını ödəyə bilərmi? - VİDEO

Sərsəng su anbarının səviyyəsinin maksimuma qalxması Azərbaycanın suya tələbatını ödəyə bilərmi? - VİDEO

Hazırda oxunan: Sərsəng su anbarının səviyyəsinin maksimuma qalxması Azərbaycanın suya tələbatını ödəyə bilərmi? - VİDEO
208714
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sərsəng su anbarında suyun səthi rekord səviyyəyə çatıb.

Bizim.Media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə - 1065 hektara çatdığını göstərir.

Coğrafiya institutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, indi ölkəmiz çox sululuq dövründədir.

Yəni ötən illər müşahidə olunan quraqlığı və Xəzər dənizində suyun səviyyəsinin azalmasını periodik hadisə adalandırmaq olar. İndi isə əksinə yağıntıların miqdarı çoxalıb ki, bu da su ehtiyatlarımızın artmasına səbəb olur.
 

Ənvər Əliyev qeyd edib ki, tarixi faktlara nəzər salsaq demək olar ki, bol sululuq dövrü artıq başlayıb və qarşıdakı illərdə ölkə ərazisində su qıtlığı kəskin azalacaq. Hətta Xəzər dənizinin səviyyəsi də artacaq.


Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialı təqdim edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO