Zelenski: "Ukraynanın qələbə planını sentyabrda Baydenə təqdim edəcəm” – VİDEO

Zelenski: "Ukraynanın qələbə planını sentyabrda Baydenə təqdim edəcəm” – VİDEO

Hazırda oxunan: Zelenski: "Ukraynanın qələbə planını sentyabrda Baydenə təqdim edəcəm” – VİDEO
208647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qələbə planını sentyabrda ABŞ prezidenti Co Baydenə təqdim edəcəyini və onu ABŞ prezidentliyinə namizədlər Donald Trampa və Kamala Harrisə də ötürəcəyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Ukraynanın qələbəsi üçün hazırlanmış plan müxtəlif istiqamətləri əhatə edir: 

“Ukraynanın qələbə planı. Hər şeyi deyə biləcəyimə əmin deyiləm. Onun bir hissəsi artıq həyata keçirilib, bu da Kursk vilayətidir. İkincisi isə Ukraynanın dünyanın təhlükəsizlik infrastrukturunda strateji yeridir, üçüncü istiqamət Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur edən güclü bir paketdir. Dördüncü istiqamət isə iqtisadidir. Bütün bunlar haqqında ətraflı danışmayacağam. Plan hazırdır. 

Bu planı əvvəlcə ABŞ prezidentinə təqdim etməyim ədalətli olar. Bu planın uğuru ondan asılıdır, bu planda olanı bizə verəcəklər, ya verməyəcəklər bilinmir... Düşünürəm ki, sentyabrda bu planı ona təqdim edəcəm. Düşünürəm ki, ediləcək ən doğru şey bu planı həm Kamala Harrisə, həm də Donald Trampa çatdırmaqdır. Çünki ABŞ prezidentinin kim olacağını bilmirik və mən bu planı həyata keçirmək istəyirəm”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO