Küveytdə enerji təchizatında fasilələr yarandı - SƏBƏB

Küveytdə enerji təchizatında fasilələr yarandı - SƏBƏB

Hazırda oxunan: Küveytdə enerji təchizatında fasilələr yarandı - SƏBƏB
207252
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Küveytin Elektrik, Su və Bərpaolunan Enerji Nazirliyi paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişini mərhələli şəkildə dayandırıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, elektrik enerjisinin kəsilməsinə istilik elektrik stansiyalarının yanacaq təchizatında yaranan fasilələr səbəb olub.

Elektrik enerjisi istehsalının kifayət qədər olmaması səbəbindən duzsuzlaşdırma qurğularının da fəaliyyəti dayandırılıb.

Küveyt təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada altıncı yerdədir. OPEC-in məlumatına görə, Küveytin neft ehtiyatları 101,5 milyard barel və ya dünya neft ehtiyatlarının təxminən 6%-i səviyyəsində qiymətləndirilir. 2023-cü ilin sonunda Küveytdə neft hasilatı gündə təxminən 2,8 milyon barel neft təşkil edib. Ölkə həm də əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO