Paris-2024: Azərbaycanın sonuncu gündə 7-ci medal ümidi

Paris-2024: Azərbaycanın sonuncu gündə 7-ci medal ümidi

Hazırda oxunan: Paris-2024: Azərbaycanın sonuncu gündə 7-ci medal ümidi
206106
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının sonuncu günündə Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq.

Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək.

Güləş yarışları saat 13:00-da start götürəcək.

Qeyd edək ki, Paris-2024-ün bağlanış mərasimi bu gün keçiriləcək. Yarışlarda indiyədək idmançılarımız Azərbaycanın aktivinə 6 medal yazdırmağı bacarıb. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO