Faktiki hava: Leysan, külək, qar...

Faktiki hava: Leysan, külək, qar...

Hazırda oxunan: Faktiki hava: Leysan, külək, qar...
646284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Dağlıq ərazilərə - Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza (Biçənək və Kükü kəndlərinə) isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Xınalıq, Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda 1 sm-dir.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Bakıda 6, Maştağada 5, Binə, Ələt, Sumqayıtda 3 mm-dir.

Rayonlarda düşən yağıntının miqdarı Astarada 39, Şamaxıda 24, Qubada 19, Lənkəran, Ağdam, Beyləqanda 18, Zərdab, Altıağacda 17, Qobustan, Kürdəmir, Sarıbaşda (Qax)16, Saatlıda 15, Sabirabad, Gədəbəydə 14, Göyçayda 13, Qəbələ, Tovuzda 12, İmişli, Tərtərdə 11, Bərdə, İsmayıllıda 10, Göygöldə 9, Şabran, Sədərək, Gəncə, Şahbuzda 8, Ağstafa, Şəmkir, Naxçıvanda 7, Naftalan, Cəlilabad, Lerik, Yardımlıda 6, Kişçay (Şəki), Biləsuvar, Şərur, Mingəçevir, Yevlax, Xaçmaz, Zaqatala, Daşkəsən, Balakən, Ordubad, Şirvan, Goranboy, Oğuz, Ağsu, Culfa, Neftçala, Cəbrayılda 1-5 mm-dir.
 

Noyabrın 5-də bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala və Şahdağda 20, Mingəçevirdə 18, Şəmkirdə 16 m/s-dək güclənib.


Daşkəsən, Xınalıq, Şamaxı, Şahbuz, Altıağac, Qrız, Qusar, Göygöl, Göyçay, Şamaxı, Sabirabad, İmişli, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO