Tacikistanda çevriliş cəhdi - Keçmiş məmurlar SAXLANILDI - FOTO

Tacikistanda çevriliş cəhdi - Keçmiş məmurlar SAXLANILDI - FOTO

Hazırda oxunan: Tacikistanda çevriliş cəhdi - Keçmiş məmurlar SAXLANILDI - FOTO
205810
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tacikistanda bir neçə gün əvvəl keçmiş dövlət məmurları və müxalif siyasi partiyanın rəhbərinə qarşı əməliyyat keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Yusuf Rəhmon açıqlama verib. 

Onun sözlərinə görə, nəticədə 1991-1992-ci illərdə prezident vəzifəsini icra etmiş Əkbərşo İsgəndərov, keçmiş xarici işlər naziri Xamroxon Zərifi, Demokratik Partiyanın sədr müavini Əhmədşoh Komilzoda və Sosial Demokrat Partiyasının sədr müavini Şokirjon Xakimov həbs olunub, onlara qarşı cinayət işi açılıb. 
 

Y. Rəhmon əlavə edib ki, saxlanılan şəxslər iyunun 14-də hakimiyyətin qanunsuz ələ keçirilməsinə cəhd ittihamı ilə həbs olunan Demokratik Partiyanın sədr müavini, keçmiş deputat Saidjafar Usmonzoda ilə yaxın əlaqələrə malik olub. 


Onun sözlərinə görə, Demokratik Pariya sədrinin müavini Saidjafar Usmonzodanın əmlaklarına həbs qoyulub. 

Baş prokuror istintaqın “məxfi” qrifi altında aparıldığını əsas gətirərək, əlavə detallar barədə açıqlama verməyib. 

Tacikistanda çevriliş cəhdi - Keçmiş məmurlar SAXLANILDI - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO