Rusiya ilə Qərb arasında Soyuq Müharibədən sonra ən böyük MƏHBUS MÜBADİLƏSİ - FOTO/VİDEO

Rusiya ilə Qərb arasında Soyuq Müharibədən sonra ən böyük MƏHBUS MÜBADİLƏSİ - FOTO/VİDEO

Hazırda oxunan: Rusiya ilə Qərb arasında Soyuq Müharibədən sonra ən böyük MƏHBUS MÜBADİLƏSİ - FOTO/VİDEO
204619
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya ilə Qərb arasında Soyuq Müharibədən bəri ən böyük məhbus mübadiləsi aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

Mübadilə prosesi Ankarada baş tutub.

Məlumata görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya ilə razılığa gəlib. Belə ki, Rusiyada həbs edilən üç amerikalının azadlığa buraxılması gözlənilir. Onlar “Wall Street Journal” qəzetinin müxbiri İvan Gerşkoviç, dəniz donanması veteranı Paul Velan və "Rusiya-Amerika" radiosunun jurnalisti Alsu Kurmaşevadır. 

ABŞ Dövlət Departamenti mətbuat katibi Vedant Patel heç bir əsaslandırma üzərində spekulyasiya etmək istəmədiyini bildirib. 

"Deyə biləcəyim odur ki, Birləşmiş Ştatlar qanunsuz həbs edilmiş Amerika vətəndaşlarını evlərinə qaytarmaq üçün gecə-gündüz işləməyə davam edir. Bundan başqa heç bir yenilik yoxdur." – o, deyib. 

Qeyd edək ki, Velan və Gerşkoviç Rusiyada casusluq ittihamları ilə həbs edilib. Digər məhbus Amerika və Rusiyada ikili vətəndaşlığı olan Kurmaşeva isə 2023-cü ilin iyununda Rusiya ordusu haqqında yalan məlumat yaymaqda ittiham edilərək saxlanılıb. 


Rusiya ilə Qərb arasında Soyuq Müharibədən sonra ən böyük MƏHBUS MÜBADİLƏSİ - FOTO/VİDEO - foto 1
Rusiya ilə Qərb arasında Soyuq Müharibədən sonra ən böyük MƏHBUS MÜBADİLƏSİ - FOTO/VİDEO - foto 2
Rusiya ilə Qərb arasında Soyuq Müharibədən sonra ən böyük MƏHBUS MÜBADİLƏSİ - FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO