Rusiya və Türkiyədən Həmas rəhbərinin qətlinə REAKSİYA - FOTO

Rusiya və Türkiyədən Həmas rəhbərinin qətlinə REAKSİYA - FOTO

Hazırda oxunan: Rusiya və Türkiyədən Həmas rəhbərinin qətlinə REAKSİYA - FOTO
204375
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya və Türkiyə rəsmiləri Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

Bildirilib ki, Rusiya Xarici İşlər Naziri Mixayıl Boqadov Haniyənin öldürülməsini “qəbuledilməz siyasi qətl” olduğunu qeyd edib.

“Bu, tamamilə qəbuledilməz siyasi qətldir və bu, gərginliyin daha da artmasına gətirib çıxaracaq”, - nazir vurğulayıb.
 

Türkiyə Xarici İşlər Nazirliyi isə bəyanatında Haniyənin öldürülməsini Netanyahu hökumətinin müharibəni dayandırmaq istəməməsi kimi qələmə verib.


“İsrail Netanyahu höküməti sülhə nail olmaq niyyətində olmadığını bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün tədbirlər görməsə, region daha böyük münaqişələrlə üzləşəcək”,- nazirlik əlavə edib.

Xatırladaq ki, Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənə sui-qəsd yerli vaxtla gecə saat 02:00-da idarə olunan raketdən istifadə edilməklə həyata keçirilib. Nəticədə HƏMAS rəhbəri və onun mühafizəçisi həlak olub.

Rusiya və Türkiyədən Həmas rəhbərinin qətlinə REAKSİYA - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO