Sumqayıtda uşaq xəstəxanasında arayış almaq üçün uzun növbələr yarandı – VİDEO

Sumqayıtda uşaq xəstəxanasında arayış almaq üçün uzun növbələr yarandı – VİDEO

Hazırda oxunan: Sumqayıtda uşaq xəstəxanasında arayış almaq üçün uzun növbələr yarandı – VİDEO
204349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətəndaşlar həkimin qəbuluna düşmək üçün arayış almaq istəyir, amma növbə o qədər çoxdur ki, heç tərpənmək də olmur.

Bizim.Media xəbər verir ki, görüntülər Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 5 saylı Uşaq Xəstəxanasının poliklinika şöbəsindəndir.
 

Çəkiliş apararkən məlum oldu ki, bir arayışı almaq və həkim qəbuluna yazılmaq üçün insanlar saatlarla vaxt itirirlər.


Mövcud problemlə əlaqədar Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, hal-hazırda sağlamlıq haqqında arayışlara müraciətlərin sayı artıb. Bu isə məktəb, məktəbəqədər müəssisələrə və bağçalara qəbulla əlaqədardır.

Sumqayıt Tibb Mərkəzindən o da bildirilib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO