Bakı avtovağzalında narkoloji test satılır, amma sürücülərə qəbz verilmir - VİDEO

Bakı avtovağzalında narkoloji test satılır, amma sürücülərə qəbz verilmir - VİDEO

Hazırda oxunan: Bakı avtovağzalında narkoloji test satılır, amma sürücülərə qəbz verilmir - VİDEO
195114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Beynəlxalq Avtovağzal Kompleksində taksi sürücülərindən narkoloji test üçün 20 manat ödəniş tələb olunur. Amma buna görə sürücülərə heç bir qəbz verilmir. Üstəlik, niyə pullu xidmət göstərdiklərini soruşduqda "özəl klinikadır" deyə ödənişli olduğunu bildiriblər.

Bizim.Media xəbər verir ki, Baku TV-nin əməkdaşları da özəl klinika dedikləri 5-ci otaqda narkoloji test üçün analiz veriblər. Hətta bunun üçün ödəniş də edilib.

Lakin ödəniş etdiklərinə dair əməkdaşlara da qəbz verilməyib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) isə avtovağzalda baş verənlərə münasibəti belə olub:

"Sürücülərin bu müayinələri dövlət və özəl tibb müəssisələrindən keçməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Onların rahatlığının təyin edilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində də bir sıra özəl tibb müəssisələrinin təşəbbüsü ilə xidmət təşkil edilib. Bu xidmətlərə görə ödənişlər tibb müəssisələri tərəfindən müəyyən olunur".

Sürücülərə göstərilən xidmətin müqabilində onlara qəbz verilməməsi məsələsinə gəldikdə isə AYNA bunun onlara aid olmadığını bildirib.

Ətraflı süjetdə:

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO