Aleks de Souza yenidən Türkiyə Superliqasında

Aleks de Souza yenidən Türkiyə Superliqasında

Hazırda oxunan: Aleks de Souza yenidən Türkiyə Superliqasında
192797
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Antalyaspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, yeni mövsümdən etibarən Superliqa təmsilçisinə Aleks de Souza baş məşqçilik edəcək. Bu barədə klubun sədr müavini Alkav Evren öz açıqlamasında bildirib. 

Komandanın hazırkı baş məşqçisi Sergen Yalçının cari mövsümün sonunda vəzifəsindən ayrılacağını xatırladan A.Evren Aleks de Souza ilə 2 illik müqavilə imzaladıqlarını deyib: 

"Bir vaxtlar "Fənərbaxça"nın formasını geyinən Aleks de Souza danışıqlarımız uğurlu nəticələndi. Onunla 2 illik müqavilə imzaladıq. Aleks de Souzaya Mehmet Aurelio və iki braziliyalı mütəxəssis kömək edəcək. Qapıçılar üzrə məşqçi isə Mehmet Arslan olacaq. Aleks de Souza üçün Antalyada imza mərasimi təşkil edəcəyik".

Qeyd edək ki, "Antalyaspor" hazırda Superliqasının turnir cədvəlində 48 xalla 10-cudur. Aleks de Souzanın son komandası isə "Avai" olub (Braziliya).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO